Ötən gün gözlənilmədən Kiyevə səfər edən Latviya prezidenti Edqars Rinkeviç gecəsini bomba sığınacağında keçirib. 

"Unikal" xəbər verir ki,  buna səbəb Rusiyanın Kiyevi yenidən raket atəşinə tutması olub. 

Belə ki, siyasətçi bu barədə "X" sosial şəbəkəsində foto paylaşıb: "25 noyabr, səhər saat 05:10, Kiyev."

Qeyd edək ki, Rinkeviçs elan olunmamış səfərlə Ukraynaya gəlib və burada həmkarı Vladimir Zelenski ilə Kiyevə hərbi yardım və ölkənin Avropaya inteqrasiyası məsələlərini müzakirə edib.

Ukrayna hakimiyyətinin məlumatına görə, son 24 saat ərzində Rusiyanın hücumu nəticəsində azı 9 nəfər, Xersonda beş, Donetsk vilayətində bir nəfər yaralanıb. Müvafiq olaraq, Xersonda bir nəfər həlak olub.

Ötən gecə Rusiya qoşunları Kiyevə böyük hava hücumu həyata keçirib. Bu, altı saatdan çox davam edib.  Ukrayna Müdafiə Qüvvələri atılan 75 Şahed pilotsuz təyyarəsindən 71-ni vurduqlarını bildirib.