İsrailli milyarderə məxsus konteyner gəmisi Hind okeanında İrana məxsus PUA tərəfindən hücuma məruz qalıb.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.
Bildirilir ki, Malta bayraqlı gəmiyə beynəlxalq sularda olarkən "Şahed-136 pilotsuz təyyarəsi tərəfindən hücuma məruz qalıb".
"Pilotsuz təyyarə partlayıb, gəmiyə ziyan dəyib, lakin onun heyətindən heç kim xəsarət almayıb. Biz vəziyyəti yaxından izləməyə davam edirik",- deyə Pentaqon sözçü yerli KİV-ə deyib.
Gəmi israilli milyarder İdan Oferin nəzarətində olan "Eastern Pacific Shipping" şirkətinə məxsusdur.