Ukrayna cəbhə xəttində qadın komandirlərin sayını artırmağı planlaşdırır.
"Unikal" xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyinin dövlət katibi Lyudmila Daraqan deyib.
Onun sözlərinə görə, Ukrayna qadının orduya rəhbərlik edə bilməyəcəyi stereotipindən qurtulmalıdır.
“Bu gün bizdə müəyyən disbalans var. Maliyyəçi, kadrlar şöbəsinin işçisi, hüquqşünas vəzifələrində çoxlu qadın var, amma bizdə əslində komandir vəzifəsində, heç olmasa, taqım səviyyəsində qadın yoxdur. Qadın rəhbərlik edə bilməz” stereotipini aşmalıyıq".
Daraqan qeyd edib ki, söhbət bölmə komandiri vəzifələrində qadınların sayının artırılmasından gedir. Onun sözlərinə görə, hazırda orduda 62 min qadın xidmət edir ki, bu da Ukrayna silahlı qüvvələrinin ümumi sayının 7%-ni təşkil edir.