Türkiyədə iş adamı İbrahim Emir T. onun təklifini rədd edən qadını maşını ilə əzib.
"Unikal" xəbər verir ki, ötən ilin iyul ayında Ankaranın Çankaya səmtində sosial şəbəkədə SE ilə tanış olan iş adamı İbrahim Emir T. və dostu M.M. Balqatda əylənmək üçün restorana gediblər. Restorandan çıxarkən S.E.-yə ofisə getməyi təklif edən İbrahim Emir T. qadının təklifi qəbul etməməsi üzərinə avtomobilini Cevizlidere Məhəlləsində saxlayıb. Nəqliyyat vasitəsindən düşən qadının gəlməməsinə əsəbiləşən İbrahim Əmir T. maşınına minərək geriyə dönüb və SE-ni vurub. Daha sonra qadının çantasını götürərək hadisə yerindən qaçıb.
Ağır yaralanan S.E.-nin kəllə sümüklərində sınıq olduğu və beyninə qan sızdığı müəyyən edilib. SE 98 faiz əlil olaraq qalıb və yatağa məhkum olub. Danışmaq, yerimək və yemək yemək qabiliyyətini itirən S.E ailəsinin köməyi ilə həyata tutunmağa çalışır. Ankara Respublika Baş Prokurorluğunun istintaqında İbrahim Əmir T.-yə qarşı "qəsdən adam öldürməyə cəhd" cinayətindən 15 ilə qədər həbs tələbi ilə iddia açılıb. İbrahim Emir T.-nin daha əvvəl sərxoş vəziyyətdə avtomobil idarə etdiyi səbəbiylə sürücülük vəsiqəsinin əlindən alındığı məlum olub.