Türkiyənin Konya bölgəsinin Akşehir rayonunda təbiət gəzintisinə çıxan 5 nəfərin yağış və fırtınadan qorunmaq üçün içəri girdiyi tövlə dağıdılıb.
"Unikal" xəbər verir ki, dağıntılar altında qalan Səlahəddin Türk (25) həyatını itirib, 3 nəfər yaralanıb. Konyanın Akşehir mahalı Çamlı rayonunda meşəlik ərazidə gəzən bir qrup şəxs yağış və fırtınadan sığınmaq üçün girdikləri sığınacağın şiddətli yağış və külək nəticəsində çöküb.
Səs-küyü eşidən ətrafdakıların xəbəri üzərinə hadisə yerinə sağlamlıq və jandarma qrupları sövq edilib. Hadisə yerinə gələn sağlamlıq qrupları dağıntılar altında qalan Səlahəddin Türkün həyatını itirdiyini müəyyən edib . Tövlədə olan Emirhan Çakıcı, Seyit Dura və Serkan Dura yaralanıb.
Yaralılar təcili yardımla Akşehir Dövlət Xəstəxanasına aparılıb. Bir nəfər xəsarət almadan xilas olub.