Fransanın Dassault Aviation aerokosmik şirkəti Özbəkistan və Qazaxıstana Rafale döyüş təyyarələrini tədarük etməyi planlaşdırır.
"Unikal" xəbər verir ki, Dassault Aviation bir neçə aydır ki, Fransanın ikitərəfli əlaqələri dərinləşdirmək istədiyi bu iki Mərkəzi Asiya ölkəsini fəal şəkildə öyrənir.
Məlumata görə, şirkətin Qazaxıstanda perspektivləri Özbəkistanla müqayisədə daha uzaq görünür.
Noyabrın əvvəlində Fransa prezidenti Emmanuel Makron Qazaxıstan və Özbəkistana rəsmi səfər edib və orada bu ölkələrin liderləri ilə danışıqlar aparıb. Onun regiona səfərlərinin məqsədi Fransanın enerji təhlükəsizliyini yaxşılaşdırmaq olub. Qazaxıstanda Makron Fransaya neft tədarükünü və uran ixracını artırmağa razılaşıb.