Donetsk Xalq Respublikasının Artemovsk (Ukrayna adı - Baxmut) ətraflarında bir qrup diversant məhv edilib.
"Unikal" xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Telegram kanalında məlumat verib .
“Çeçenistan Respublikası Daxili İşlər Nazirliyinin “Qroznı” PPSP-nin ayrıca batalyonunun döyüşçüləri 2-ci Ordu Korpusunun hərbi qulluqçuları ilə birlikdə Baxmut ətrafında daha bir diversant qrupunu məhv ediblər. Düşmənin yerini “Axmat” xüsusi təyinatlı dəstəsinin əməliyyatçıları onlara veriblər”, - deyə o yazıb.
Kadırov qeyd edib ki, effektiv qarşılıqlı fəaliyyət düşməni binalardan birində mühasirəyə almağa imkan verib. Rusiya tərəfində şəxsi heyət arasında itki yoxdur.