İsrail fələstinli məhbusların 39 nəfərlik üçüncü qrupunu azad edib.
"Unikal" xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Azad olunan məhbuslar əsasən yeniyetmələrdir. Onlar avtobusla Ramallaha gətiriliblər.
Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari daha öncə Qəzzada saxlanılan 13 israillinin azad edilməsi müqabilində 39 fələstinli mülki şəxsin azad olunacağını söyləmişdi.