İngiltərə polisi Çempionşipin 17-ci turunun "Birmingem Siti" - "Şeffild Uensdey" matçında (2:1) qadın hakim Rebekka Uelçiyə qarşı təhqiramiz şüarlar səsləndirməkdə şübhəli bilinən 17 yaşlı iki gənci həbs edib.
"Unikal" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Hazırda hər iki yeniyetmə həbsdədir. Onların hərəkətləri ictimai asayişin pozulması kimi qiymətləndirilir.
Lakin bu hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırmalar davam edir.