Krımın şimal-qərb sahillərində fırtına baş verib, küləyin sürəti saniyədə 40 metrə çatıb. 

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində bir nəfər ölüb. Yarım milyona yaxın insan işıqsız qalıb, ağaclar aşıb, damlar uçub.

Yarımadanın rəhbəri Sergey Aksyonov hava şəraiti ilə əlaqədar bazar ertəsi gününü qeyri-iş günü elan edib. Yevpatoriya vilayətində su basmış təsərrüfatlardan yerli sakinlərin təxliyyəsinə başlanılıb.

Bundan əlavə, noyabrın 27-də səhər saatlarında Rusiya Fövqəladə Hallar Nazirliyi Krımda əlverişsiz hava şəraiti səbəbindən bir nəfərin itkin düşdüyü, dörd nəfərin isə yaralandığı barədə məlumat yayıb.

Ağarza Elçinoğlu