Xarici təşkilatlara dəstək
20:44 18-04-2013
CƏMİYYƏT
Xarici təşkilatlara dəstək
Qarabağ problemi beynəlxalq miqyasda müzakirəyə çıxarılacaq
Son zamanlar bir sıra beynəlxalq təşkilatların Azərbaycanda siyasi proseslərə müdaxilə etmə cəhdləri ciddi müzakirə mövzusuna çevrilib. Bunun nəticəsidir ki, hazırda ABŞ-in Milli Demokratiya İnstitutu və Açıq Fikir Universitetinin fəaliyyətinin yasaqlanması tələbləri eşidilir.
Qeyd edək ki, hər iki qurum maliyyə hesabatı vermədən milyonlarla manat pulu başqa məqsədlər üçün istifadə etməkdə günahlandırılırlar. Bununla yanaşı həm də aydın olub ki, bu gün qərb dövlətlərində də müəyyən təşkilatlar Azərbaycanla bağlı işlər görürlər və seçki qabağı bu proses daha qabarıq şəkildə ortaya çıxacaq. Bundan başqa məlum olub ki, qrand təşkilatı kimi fəaliyyət göstərən bəzi qurumlar erməni lobbisinin təsirindədirlər və onların Azərbaycana maliyyə ayırması heç də təsadüfi feyil. Maraqlıdır, bəs bu proseslərin qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Ekspertlər hesab edir ki, ilk növbədə Azərbaycana maraq göstərən təşkilatların kimliyinə , arxalarında duran qüvvələrə önəm vermək lazımdır. Məsələn, Rusiya bir müddət öncə sübut etdi ki, Milli Demokratiya İnstitutu Rusiyanın daxili işlərinə qatışır və müxalifətə maliyyə ayırır. Bundan sonra MDİ-in fəaliyyəti dayandırıldı və ABŞ bunun qarşısını heç bir şəkildə ala bilmədi. Ekspertlər hesab edir ki, buna görə ilk növbədə çalışmaq lazımdır ki, bəzi təşkilatların məhz qeydiyyatı olmayan yerli qurumlara maliyyə ayırmasının qarşısı alınsın. Bununla yanaşı həm də tək ölkə daxilində yox, həm də elə qərbin özündə də lobbiçilik işini gücləndirmək lazımdır. Deyəsən hakimiyyət texnoloqlarıda bu fikirdədir və həyata keçirilməsi nəzərdə tutulan planla bu məsələni xeyli həll etmək mümkün olacaq. Söhbət beynəlxalq təşkilatlara Azərbaycan tərəfindən qrandların ayrılmasından gedir. Artıq bununla bağlı rəsmi açıqlamada verildi. Belə ki, Azərbaycan dövləti xarici qeyri-hökumət təşkilatlarının layihələrini maliyyələşdirir. QHT-lərə Dövlət Dəstəyi Şurası vasitəsilə xarici QHT-lər üçün qrant layihələri elan ediləcək.B u barədə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib:-" QHT-lərin imkanlarından dövlət maraqlarının xarici ölkələrdə təmin olunması, qorunması və reallaşdırılması istiqamətində istifadə edirik. QHT-lərin potensialından Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində istifadə edirik. Bu gün bütün mərkəzi icra hakimiyyəti orqanlarının idarəçiliyində QHT-lərdən, ictimai şuralardan istifadə olunur, bütün qanun və qərarların qəbul olunmasında mütləq şəkildə ictimaiyyətin rəyi nəzərə alınır. Bəs vətəndaş cəmiyyəti institutunun quruluşu necə olur? Bunu Azərbaycanı "insan hüquqlarının pozulması" ilə ittiham edən təşkilatların nəzərinə çatdırırıq. Dünyada QHT-lərin maliyyələşməsində xeyli subyektiv mülahizələr, məqamlar öz əksini tapır. Bizi tənqid edən, islamofobiya xəstəliyinə tutulmuş QHT-lər, hüquq müdafiə təşkilatları var ki, bu gün bəlli dövlətlərin, qüvvələrin sifarişlərini yerinə yetirir. Onlardan fərqli olaraq, bu gün Azərbaycanda dövlətdən maliyyə yardımı alan heç bir QHT-yə dövlət tərəfindən sifariş verilmir". Maraqlıdır, bəs beynəlxalq təşkilatlara maliyyənin ayrılması ilə prinsipial olaraq nəyə nail olmaq mümkünləşər? Ekspertlər bildirir ki, bununla ilk növbədə qərbdə ciddi lobbiçilik fəaliyyəti qurmaq olar və bu rəsmi şəkildə həyata keçirilər. Bunu da xatırladaq ki, bu gün qərbdə müəyyən qüvvələr belə bir rəy formalaşdırırlar ki, güya Azərbaycan qərb siyasətçilərini pulla ələ almaq istəyirlər və bunun adını "kürü diplomatiyası" qoyublar. Ekspertlər bildirir ki, bu cür ittihamlardan xilas olmaq üçün donor dövlətinə çevrilmək ən doğru yol olar. Belə olan halda lobbiçiliklə məşğul olanda hər hansı iddia ortaya qoyula biliməz. Digər tərəfdən ekspertlər bildirir ki, lazımi donorlar əsasən Ermənistan işğalçılığı və Qarabağ problemi ilə bağlı verilərsə bu daha səmərəli olacaq. Ən azından sabah hansısa beynəlxalq qurum qərb cəmiyyətini daha rahat şəkildə Ermənistanın işğalçılığına inandıra biləcək. Bunu da qeyd edək ki, artıq bu istiqamətdə lazımi addımlar atılıb.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22