Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müttəfiqi olub və qalır, İrəvanın Minskdəki sessiyada iştirak etməməsindən qəti nəticə çıxarmağın mənası yoxdur.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.
KTMT-nin baş katibi bildirib ki, Ermənistanın təşkilatdan çıxmasından söhbət gedə bilməz: "KTMT Katibliyinin bildiyinə görə, Ermənistan nümayəndə heyətinin iştirak etməməsinin səbəbləri texniki xarakterli olub. KTMT təşkilatın tamhüquqlu üzvü kimi Ermənistan Respublikasının qərarına hörmətlə yanaşır".
Ağarza Elçinoğlu