İrəvanda orta məktəblərdən  birinə bomba qoyulması barədə məlumat daxil olub. 

"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları cəlb olunub. 

Bildirilir ki,  bomba həyəcanına görə tədris prosesi dayandırılıb, şagirdlər evə göndərilib.

Hazırda axtarış işləri aparılır.