Belçikanın paytaxtı Brüsseldə və Brabant əyalətində 27 məktəb terror təhlükəsi səbəbindən bağlanıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Brüssel Təhsil İdarəsi məlumat yayıb.
Bildirilir ki, bir neçə təhsil müəssisəsinə partlayışla bağlı təhdidlər barədə məlumatlar daxil olub. Ehtiyat tədbiri olaraq noyabrın 27-də bu məktəblərdə dərslərin və şagird qəbulunun dayandırılması qərara alınıb.
Səlahiyyətlilər hadisə yerinə cəlb olunub.