2023-cü ilin 9 ayının yekunu üzrə Ermənistanın dövlət borcu 4 trilyon 454 milyard dram təşkil edib. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentində maliyyə krediti və büdcə məsələləri daimi komissiyasının iclasında bildirilib. 

Qeyd olunub ki, dövlət borcu təxminən 7 faiz artıb: "Dollar ifadəsində 9 ayda dövlət borcu 11 milyard 322 milyon dollar, hökumətin borcu 10 milyard 790 milyon dollar, Mərkəzi Bankın borcu 531 milyon dollar olub". 

Ağarza Elçinoğlu