Türkiyənin Sivas şəhərinin Yıldızeli rayonunda sərnişin avtobusu TIR-la toqquşub. 

"Unikal" xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Bildirilib ki, İzmirdən Sivasa gedən Dursun Yılmazın idarə etdiyi sərnişin avtobusu eyni istiqamətdə hərəkətdə olan Ömər Yıkılmazın idarə etdiyi SK 365 VG nömrəli TIR-a çırpılıb. 

Qəzada sərnişin avtobusunun ehtiyat sürücü kabinəsində olan Ali Çiçekliyurt ölüb, sərnişinlər Ali Ergen və Aslı Gökdemir isə yaralanıb.

Ağarza Elçinoğlu