Ermənistanda bir həftə ərzində laboratoriyada təsdiqlənmiş qızılcaya yoluxmaların sayı 8 nəfər artaraq 508-ə çatıb. Onlardan 361-i uşaq, 147-si böyükdür.
"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.
Məlumata görə, xəstəliyə yoluxmuş 4 nəfər xəstəxanaya yerləşdirilib, 336 nəfər xəstəxanadan buraxılıb.