Soçidə güclü fırtına zamanı bina uçub.

"Unikal" xəbər verir ki, bu barədə rus teleqram kanalları məlumat yayıb. 

Hadisə yerindən çəkilmiş videoda üçmərtəbəli binanın fasadında bir neçə saniyə ərzində böyük çatların əmələ gəldiyi görünür. Təbii fəlakət zamanı bina tamamilə uçub.

Hadisə zamanı xəsarət alan olmayıb. İnsanlar binanı tez tərk ediblər. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. 

Gülayə Mecid