Türkiyə ərazisində əlverişsiz hava şəraiti, güclü yağış və fırtına davam  edir. Belə ki, noyabrın 27-də Artvin vilayətinin Hopa rayonunda yük gəmisi saya oturub.

"Unikal" xəbər verir ki, “Esenyalı” adlı yük gəmisinin heyət üzvlərinin təxliyəsi davam edir.

Bir neçə gündür Türkiyə ərazisində davam edən leysan yağışları və güclü külək nəticəsində ölkənin Hatay vilayətinin İskəndərun rayonunun sahil xətti su altında qalıb.

Qeyd edək ki, hidrometeoroloqlar Türkiyə ərazisində dəyişkən hava şəraiti ilə bağlı 26 vilayətin sakinlərinə xəbərdarlıq ediblər.