Ermənistan-Rusiya münasibətləri çox gərgindir. Rusiyanın bu addımları müəyyən mesajlar verir Problem təkcə KTMT-də deyil,  başqa bəyanatlar da var. 

"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki,  bunu “Ermənistan” blokundan olan deputat Artur Xaçatryan jurnalistlərə açıqlamasında deyib.

O, Yuxarı Lars keçid məntəqəsindəki vəziyyəti Ermənistan-Rusiya münasibətlərindəki hazırkı gərginliklə əlaqələndirib.

“Paşinyan nə qədər Rusiya ilə münasibətlərin çox yaxşı olduğunu desə də, Putinlə yaxşı münasibətlərinə nə qədər istinad etsə də, münasibətlərin çox gərgin olduğu aydındır və bu, ictimai əhval-ruhiyyəyə təsir etməyə bilməz. Aydındır ki, böyük təbliğat resursları ilə ictimai rəy formalaşdırmaq qabiliyyəti çox yüksəkdir”, - Xaçatryan qeyd edib.

Gülayə Mecid