Braziliyada qadın dəhşətli şəkildə həyatını itirib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki 37 yaşlı Julia de Albuquerque Violatonu daşıyan şəhər avtobusunun sürücüsü yaxınlaşan yük qatarının qarşısındakı dəmir yolu keçidini keçməyə çalışsa da, buna nail ola bilməyib. Toqquşma zamanı qadın avtobusdan relslərə yıxılaraq qatarın təkərlərinin altına düşüb və nəticədə onu yarıya bölüb.

Həmçinin qəza nəticəsində avtobusda olan daha 5 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.