Bəzi ölkələrin diplomu Azərbaycanda tanınmırsa, deməli, universitet akkreditasiyasız olub.

"Unikal" xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini Kamran Rəsulov deyib.

O qeyd edib ki, akkreditasiyasız universiteti həmin dövlətin özü tanımır: “Gürcüstan universitetlərinin nəzdində fəaliyyət göstərən proqramların Azərbaycanda tanınması normaldır. TKTA-da akkreditasiyalı universitetlərin siyahısı olur.

Biz əyani və qiyabi təhsili tanıyırıq. Distant təhsildə tanınmada müəyyən çətinliklər yaranır. Tövsiyə olunur ki, təhsil ya əyani, ya da qiyabi seçilsin”, - deyə o əlavə edib.

O, həmçinin, bildirib ki, növbəti ildə 5 peşə məktəbinin akkreditasiyası həyata keçirləcək.

“Hazırda isə bir neçə peşə məktəbində pilot layihə olaraq bu proses aparılır və dekabr ayında yekunlaşacaq”, - deyə K.Rəsulov qeyd edib.