Rusiyada hərbi xidmətə çağırılan kişilərin arvadları avtomobillərinə "Ərimi qaytarın" yazılı stikerləri yapışdıraraq aksiyaya başlayıblar.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Çərşənbə axşamı səhər Rusiyanın İjevsk, Orel, Barnaul və digər şəhərlərindən gələn avtomobillərin fotoları dərc olunub.
Bu, səfərbər edilmiş qadınların müddətsiz hərbi xidmətə çağırış əleyhinə petisiyasının dərcindən sonra baş tutub.
Seymur Əli