Ermənistan Silahlı Qüvvələrinin keçmiş komandanı Cəlal Arutyunyanla bağlı cinayət işi məhkəməyə göndərilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, cinayət işi Sünik Baş Yurisdiksiya Məhkəməsinin hakimi Qarik Abelyana həvalə edilib.
İttiham aktının xülasəsinə görə, Cəlal Arutyunyan 2020-ci il oktyabrın 12-də elan edilmiş hərbi vəziyyət dövründə öz səlahiyyətlərindən irəli gələn əmr və sərəncamlar vermək və onların icrasını təmin etmək səlahiyyətinə malik olan hüquq münasibətləri çərçivəsində ona qarşı səhlənkar münasibət göstərib. O, xidməti vəzifələrinin icrasına vicdansız və səhlənkar münasibəti nəticəsində onları lazımınca yerinə yetirməmiş, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olub.
Xatırladaq ki, bundan əvvəl Cəlal Arutyunyana qarşı cinayət təqibi 2020-ci ildə dayandırılmışdı.
Ağarza Elçinoğlu