Çinin şimal-şərqində, Rusiya Federasiyası ilə həmsərhəd olan Heilongjiang əyalətində kömür şaxtalarından birində qəza baş verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, baş vermiş qəza nəticəsində azı 11 nəfər həlak olub.

Məlumata görə, ölümə səbəb daşların çökməsi olub.Yerli vaxtla saat 18:20-də fövqəladə hadisə yerində axtarış-xilasetmə işləri başa çatıb. 

Hadisənin dəqiq səbəbləri və təfərrüatları hələlik məlum deyil, araşdırma aparılır.

Ağarza Elçinoğlu