Kəlbəcərdə yol nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Unikal"a bildirilib ki, Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Yanşaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.  

İlkin araşdırmalar zamanı məlum olub ki, 1969-cu il təvəllüdlü Kəlbəcər rayon sakini Adil Həsənov Niva markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşmış və nəticədə  xəstəxanaya aparılarkən yolda ölüb.