Mingəçevirdə idarəetmədən çıxan minik maşını plastik qapı - pəncərə sexinə girib.
"Unikal"ın məlumatına görə, hadisə Energetiklər yaşayış massivi ərazisində baş verib. Belə ki, idarəetmədən çıxan "Hyunday Santa Fe" yol kənarında yerləşən plastik qapı-pəncərə sexinə çırpılıb. Zərbənin təsirindən sexin 2001-ci il təvəllüdlü əməkdaşı Mahmudov Pərviz Azər oğlu yaralanaraq xəstəxanaya yerləşdirilib. Avtombilin sürücüsü 21 yaşlı Səfərov Rövşən Sadiq oğluna da da tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov