UEFA Çempionlar Liqasında qrup mərhələsinin V turuna start verilib.

"Unikal" xəbər verir ki,  ilk gündə E, F, G və H qruplarında keçirilməli olan səkkiz matçdan ikisi artıq başa çatıb.

E qrupunda “Latsio” - “Seltik”i qəbul edib. Meydan sahibləri qonaqların qapısından iki cavabsız top keçiriblər - 2:0.

H qrupunda isə autsayder “Antverpen” Donetsk “Şaxtyor”unun qonağı olub. Matç gözlənildiyi kimi ev sahiblərinin üstünlüyü ilə nəticələnib - 1:0.
Qeyd edək ki, bir qədər sonra daha altı oyuna start veriləcək. Turun qalan görüşləri isə ertəsi gün oynanılacaq.