Polşa Rusiya ilə sərhədi qorumaq üçün Finlandiyaya öz qoşunlarını göndərəcək.
"Unikal" xəbər verir ki, bu barədə Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Yaçek Sievera bildirib.
"Finlandiya sərhədində hibrid hücumdan əvvəl müttəfiqlərdən dəstək üçün rəsmi müraciət var. Polşa NATO müttəfiqimizin və Aİ tərəfdaşımızın müraciətinə müsbət cavab vermək niyyətindədir", -deyə rəsmi qeyd edib.
Onun sözlərinə görə, Polşa hərbi müşavirlərinin Finlandiyaya göndərilməsi ilə bağlı razılıq Finlandiya prezidenti Sauli Niiniste ilə Polşa prezidenti Anjey Duda arasında keçirilən görüşdə əldə olunub.
Qeyd edək ki, bu gündən Finlandiya Rusiya ilə sərhəddi bağlayır.
Ağarza Elçinoğlu