"Bizi ən çox narahat edən ana və uşaq ölümüdür. Bu, dünyada və o cümlədən bizdə də böyük problemdir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

"Bu problemi araşdırsaq görərik səhiyyə işçilərindən çox şey asıldır. Amma bəzi məsələlər insanların özlərindən asılıdır. Hamiləlik dövründə müəsissələrə müraciətin olunmaması, səhiyyə-sanitariya mədəniyyətinin aşağı olması, az da olsa xəstəxanadan kənarda doğuşların və erkən nikahların olması həm uşaq, həm də ana ölümü rəqəmlərini artırır. Bunu heç bir zaman nəzərdən qaçırmalı deyilik".

Anar Kəlbiyev