Naxçıvan şəhərinin bəzi küçələrində suyun verilməsi müvəqqət dayandırılacaq.

Naxçıvan Şəhər İcra Hakimiyyətindən "Unikal"a bildirilib ki, Naxçıvan şəhəri 10-cu küçə ərazisində su xəttində baş vermiş qəzanın aradan qaldırıması üçün aparılacaq təmir-bərpa işləri ilə əlaqədar noyabrın 30-da səhər saat 09:00-dan axşam saat 21:00-dək şəhərin 56, 58, 59, 60, 61-ci məhəllələrinə, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərinə suyun verilməsi müvəqqəti dayandırılacaq. Əliqulu Qəmküsar və Babək məhəllələrində suyun təzyiqində azalmalar olacaq.