Bu ilin yanvar-oktyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz artaraq 26 milyard 776,2 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən "Unikal"a bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artaraq 15 milyard 587,3 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 10,5 faiz artaraq 11 milyard 188,9 milyon manata bərabər olub. İstehlak məhsullarının 34,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,3 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.