Bakının Nəsimi və Səbail rayonlarında içməli suyun verilməsində məhdudiyyət olacaq.

Bu barədə "Unikal"a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyininin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. Bildirib ki, Səməd Vurğun küçəsindən keçən magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar 29 noyabr saat 22:00-dan 30 noyabr saat 08:00-a qədər Nəsimi və Səbail rayonlarının bir  hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.