Xalq artislərindən şok yaradacaq xəbər
21:50 19-04-2013
İQTİSADİYYAT
Xalq artislərindən şok yaradacaq xəbər
Kütləvi ixtişaşlarda daha hansı tanınmışlar öndə gedəcəklər
Son günlər incəsənət adamlarının müxalifətə maraqlı yanaşmaları müşahidə olunmaqdadır. Hər zaman müxalifətdən uzaq durmağa və hakimiyyəti açıq şəkildə dəstəkləməyə çalışan bir sıra tanınmış xalq artistləri indi açıq şəkildə müxalifətə simpatiya bəslədiklərini gösərirlər. İlk olaraq xalq artisti Zeynəb Xanlarova bir il öncə gənc müxaliflərin qanunsuz aksiya keçirtmələrinə münasibər bildirərək onların polis tərəfindən saxlanılmalarını pisləmişdi və müxaliflərin haqlı olduğunu bildirmişdi.
Bu günlərdə isə islamçı gənclərin iğtişaş yaratmağa cəhd edərkən həbs olunmasına da reaksiya verən xalq artisdi bəyan etdi ki, onun üçün iqtidar və müxalifət söhbəti yoxdur və onların həbs olunmasına yaxşı baxmadığını bəyan etdi. Bu açıq şəkildə xalq artistinin mövcud hakimiyyətə narazı yanaşmasını sübut edirdi. Amma məsələ bununla tamamlanmadı. Belə ki, Müsavat başqanı İsa Qəmbərin oğlunun toy məclisində xalq artistləri Flora Kərimova ilə Nazpəri Dostəliyevanında görünməsi təccüblə qarşılandı. Amma yenə də hər iki xalq artisti açıqlama verərək öz addımlarında haqlı olduqlarını bildirdilər. Flora Kərimova bildirib ki, İsa Qəmbər özü məni oğlunun toyuna dəvət edibmiş:-" Mən də mərasimdə çox aktiv iştirak etdim. İsa bəyə insani münasibətim olub, var və olacaq.Toya pula görə getməyim isə yalandır. Mənimlə bir düşərgədə addımlamış adamdan pul götürərəm heç? İstər dost olsun, istər düşmən. Münasibətlərimi nə vaxt pula satmışam? Karyeram düşüb ki, pul müqabilinə keçim? Balalarım qorxudan titrəyəndə belə, onların qorxusunu pul müqabili ilə əvəz etməmişəm. Nə Nazpəri xanım, nə də mən belə bir şey etmişik. Bu nə axmaq sualdır, mətbuat mənə verir?".
Xalq artisti Nazpəri Dostəliyevada demək olar ki, Flora Kərimovanın dediklərini təsdiqləyib:-" Bu xalqın xoşbəxt sənətkarıyam ki, körpəsindən tutmuş yaşlısına qədər hər kəs məni sevir. Harada olsam, məni öz şad günlərinə dəvət edirlər, xoşbəxt anlarını mənimlə paylaşırlar. Mənim üçün fərqi yoxdur, iqtidar, ya müxalifət, ağ, ya qara, o elli, ya bu elli və s. Əgər kimsə məni öz balasının xeyir işində görmək istəyibsə, burda qəbahət heç nə yoxdur. Sadəcə, bəziləri bu situasiyadan bir bəhanə kimi istifadə edib məni qaralamağa çalışırlar. Əgər məni yenə də hansısa insan öz övladının xeyir işinə çağırsa, yenə gedəcəyəm. Mən xalqımın sevimli övladıyam və hər bir azərbaycanlını da öz balam qədər sevirəm. Müxalifətdə də, iqtidarda da xalqın ziyalı oğulları fəaliyyət göstərir. Mən heç kimə fərq qoymuram". Bundan sonra aydın oldu ki, xalq artisti Alim Qasımovda İsa Qəmbərin onu öz oğlunun toyuna çağırmamasından pis olduğunu söyləib:-"Mən Alim Qasımov olaraq bəyan edirəm ki, sənətçiləri, müğənniləri siyasətə qatmaq olmaz. Bu necə ola bilər? Mən iqtidarın toyuna gedim, müxalifətə yox deyim!? ".
Həmkarlrını müdafiə edən xalq artisti daha sonra bildirib:-"Bu anormal söhbətlər Azərbaycandan başqa heç bir yerdə yoxdur. O, bəyəm toylarda kiminsə siyasətini təbliğ edir? Demir ki, "ay bala, rüşvət almayın, yol çəkin". Mənə də toy sahibi dəvət göndərir. Deyir ki, istəyirəm balamın toyunda Alim Qasımov oxusun. Mən durub ondan soruşası deyiləm ki, müxalifətçisən, ya iqtidarpərəst? Belə şey olar!? Alim Qasımov olmasın, Nazpəri Dostəliyeva olsun, biz toyda sənətimizi nümayiş etdiririk". Bu arada aydın olub ki, xalq artistlərinin Müsavata maraq göstərmələri heç də təsadüfü olmayıb. Belə ki, hakimiyyətdaxili qüvvələrdən bir qanad tanınmış insasnların Müsavata üz tutmalarını təmin edib. Hətta yaxın zamanlarda keçiriləcək qanunsuz aksiyalarda tanınmış xalq artistlərinin iştirakıda istisna edilmir. Mənbənin dediyinə görə həmin qanad bununla bir tərəfdən hakimiyyət üçün narahatçılıq yaratmağa çalışır, digər tərəfdən isə bununla ölkədə bir xaosun yaranmasına çalışırlar. Çünki tanınmış simaların, xalq artistlərinin hansısa aksiyaya qatılması istər-istəməz bir kütləvilik yaradacaq və müxalifətə meyl güclənəcək.
Şakir Əliyev
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17