Gecə saatlarında İsrailə gedən ABŞ dövlət katibi Entoni Blinken hazırda baş nazir Benyamin Netanyahu ilə görüşüb. 

"Unikal" xəbər verir ki, görüş Qüdsdə baş nazirin ofisində keçirilir. 

O, həmçinin İsrailin Hərbi Nazirlər Kabinetinin iclasında iştirak etmək niyyətindədir.

Bundan əvvəl dövlət katibi bu gün Qüdsdəki küçə terrorundan dərhal sonra Tel-Əvivdə prezident İshaq Hersoqla görüşüb.

***09:21

ABŞ dövlət katibi Antoni Blinken yenidən Təl-Əvivə gedib.

"Unikal" xəbər verir ki, səfər çərçivəsində Blinken İsrail rəsmiləri ilə görüşəcək. 

Onun Qəzza zolağında münaqişələrə son qoymaq üçün İsrail və HƏMAS arasında əldə edilən humanitar fasilənin uzadılması və Qəzzaya humanitar yardımın göstərilməsini müzakirə etmək üçün səfər etdiyi bildirilir. 

Blinkenin İsraillə təmaslarından sonra Yaxın Şərq turuna davam edəcəyi gözlənilir.

Ağarza Elçinoğlu