Dağlıq Qarabağda müharibə qorxusu
21:52 19-04-2013
İQTİSADİYYAT
Dağlıq Qarabağda müharibə qorxusu
Rusiya Ermənistanı təhrik edir
Azərbaycan və Ermənistan arasında müharibə ehtimalının yüksək olması ilə bağlı bəyanatlara daha biri əlavə olundu. Rusiya Dövlət Dumasının informasiya texnologiyaları və informasiya siyasəti komitəsinin rəhbəri, "Ədalətli Rusiya" Partiyasının üzvü Aleksey Mitrofanov Ermənistan-Azərbaycan müharibəsinin yaxınlaşdığını bildirib.
"Ermənistan-Azərbaycan münaqişəsi hərbi mərhələyə yaxınlaşır",- deyən rusiyalı deputat Dağliq Qarabağa səfər edənlərin Azərbaycan tərəfindən persona non-qrata elan edilməsini xatırladıb. A.Mitrofanov bildirib ki, müharibə uzunmüddətli deyil, yüksək dəqiqliklə hədəfi vurmaq gücünə malik silahlarla qısamüddətli olacaq.
Qeyd edək ki, bəzi beynəlxalq ekspertlər də yeni bir müharibə ehtimalının yüksək olduğunu bildirirlər. "Lragir" Ermənistan Müdafiə Nazirliyi tərəfindən son günlər cəbhə xəttinin Azərbaycan tərəfində hərbi hərəkətliliyin müşahidə edildiyini, həmçinin Ermənistanda yerləşdirilmiş Rusiya qoşunlarının dağlıq ərazilərdə təlimlər keçirdiyini, yeni texnikanın sınaqdan keçirildiyini yazıb.
Ümumiyyətlə, regionda son vaxtlar aktiv hərbi proseslərin müşahidə olunduğunu qeyd edən erməni saytı Gürcüstanın ABŞ ilə birgə keçirəcəyi hərbi təlimlərə Azərbaycan və Türkiyənin qatıla biləcəyi barədə Gürcüstan müdafiə nazirinin açıqlamasını xatırladıb. "Lragir" Azərbaycanın Rusiyadan silah alışını dayandırmasının da son vaxtların diqqət çəkən hadisələrindən biri olduğunu, bununla belə hər iki tərəfin intensiv şəkildə silahlandığını və bunun çox təhlükəli olduğunu qeyd edib.Bunu da qeyd edək ki, bir sıra beynəlxalq təşkilatlarda regionda müharibənin yenidən başlama ehtimalını açıqlayıblar. Hətta ATƏT-in Minsk qrupunun son bir neçə ay ərzində yalnız atəşkəsin qorunması ilə bağlı danışıqlar apardığı söylənilir. Bu gün müharibənin yenidən başlanmasını aktivləşdirən əsas səbəblərdən biri kimi də Xocalı hava limanı göstərilir. Belə ki, Azərbaycan rəsmi şəkildə bəyan edib ki, hava limanı istifadəyə verilərsə bunun qarşısını hərbi yolla alacaq. Hazırda Rusiya isə Ermənistanı az qala buna təhrik edir. Ermənistanda əlavə hərbi bazaların yerləşdirilməsi də buna əyani misaldır. Amma Ermənistan rəhbərliyi hələ ki, buna risk etmir. Çünki ötən illərdən fərqli olaraq bu gün erməni lobbisi ilə Ermənistan arasında az qala bir uçurum yaranıb və Ermənistan rəhbərliyi düşünür ki, müharibə olan zaman erməni lobbisi seyrçi mövqedə qalarsa Ermənistanda çıxılmaz duruma düşəcək. Digər tərəfdən Ermənistan tərəfi bilir ki, müharibə olacağı təqdirdə Ermənistan tamamı ilə Rusiyanın boyunduruğuna keçəcək və nəticədə dünyadan tədric olma ilə üzləşəcək. Bir sıra ekspertlər də iddia edir ki, İrana hərbi təzyiqlər olan kimi Azərbaycan qısa müddətli hərbi əməliyyatlarla Dağlıq Qarabağı azad edəcək və bu Ermənistanın süqutu olacaq. Hesab edilir ki, məhz həmin ərəfədə Azərbaycan Dağlıq Qarabağı hərbi yolla azad edərsə beynəlxalq təşkilatlarda susmağa üstünlük verəcəklər. Bunu da xatırladaq ki, bu gün müharibə yolu ilə işğal olunmuş əraziləri geri qaytarmağa Azərbaycanın hərbi gücü var. Tək bunu demək kifayətdir ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur. Amma bu gün Azərbaycan beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə görə bu addımı atmır. Prezident İlham Əliyevdə bəyan etdi ki, bu gün torpaqların azad olunması üçün iki məsələyə xüsusi önəm vermək lazımdır. Bir tərəfdən Azərbaycanın iqtisadi imkanlarını artırmaq, o biri tərəfdən isə Ermənistanı dünyadan təcrid halda saxlamaq lazımdır.
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17