Avropa İttifaqı dövlətlərinin hərbi xərcləri 2022-ci ildə 6% artaraq rekord həddə - 240 milyard avroya çatıb. 

"Unikal" xəbər verir ki, bu barədə Avropa Müdafiə Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Avropa İttifaqının 27 ölkəsindən 20-si müdafiə xərclərini, altısı isə hərbi xərclərini 10%-dən çox artırıb.

Bütün hərbi xərclərin demək olar ki, dörddə biri, yəni 58 milyard avro yeni silah növlərinin alınmasına yönəlib. 

Ağarza Elçinoğlu