Uqandada 70 yaşlı qadın əkiz uşaq dünyaya gətirib.

"Unikal" xəbər verir ki, paytaxt Kampaladakı Beynəlxalq Doğum və Ginekologiya Xəstəxanası sosial media hesabından verdiyi açıqlamada 70 yaşlı Safina Namukvayanın biri oğlan, biri qız olmaqla əkiz uşaq dünyaya gətirdiyini bildirilib. 

Bəyanatda doğumun təkcə tibbi nailiyyət olmadığı, həm də “insan təbiətinin gücünü və möhkəmliyini ortaya qoyduğu” ifadə edilib. 

Açıqlamada Afrikanın "ən yaşlı doğum edən qadın" olduğu təxmin edilən Namukvayanın bir müddətdir müalicə aldığı və ilk dəfə ana olduğu qeyd olunub. 

Yazıda ifadələri yer alan Namukwaya illərdir ana ola bilmədiyi üçün ətrafdakılar tərəfindən “az qiymətləndirildiyini” deyib.

Ana və körpələrinin səhhətinin yaxşı olduğu bildirilib.