Ukrayna lideri Volodimir Zelenski ilə Böyük Britaniyanın baş naziri Rişi Sunak arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, X sosial şəbəkəsində (keçmiş Twitter) o qeyd edib ki, Britaniya Nazirlər Kabinetinin rəhbərinə Londondan Ukraynaya daimi hərbi yardıma görə təşəkkür edib.

“Cəbhə bölgələrinə səfərlərimdən sonra mən baş nazirə Ukraynanın döyüşçülərimizi və səma qalxanımızı gücləndirmək üçün prioritet müdafiə ehtiyacları barədə məlumat verdim. Biz Ukraynaya gələcək makro-maliyyə dəstəyini müzakirə etdik və mühüm beynəlxalq tədbirlər öncəsi addımları əlaqələndirdik”, - Zelenski yazıb.

O, əlavə edib ki, Sunak ilə Kiyevin Şimali Atlantika Alyansı və Avropa İttifaqına qoşulmaq  ambisiyaları barədə danışıb. Zelenski vurğulayıb ki, söhbət zamanı o, Ukraynadakı münaqişənin tam həlli üçün öz “sülh formulunun” həyata keçirilməsinin vacibliyini qeyd edib.

Zelenski 2022-ci ilin noyabrında on bənddən ibarət “sülh formulu” təqdim edib. Onun tələbləri arasında, xüsusən də Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması, bütün məhbusların və deportasiya edilmiş vətəndaşların azad edilməsi və BMT Nizamnaməsinə “uyğunluq” var.