Ukrayna Ali Radası müharibə dövründə ölkədə prezident seçkilərinin keçirilməsini ləğv edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Radanın deputatları müvafiq bəyannamə qəbul ediblər. Sənədin qəbulunda Ukrayna parlamentinin bütün fraksiya və qruplarının deputatları iştirak ediblər.

Bildirilir ki, bəyannamə Zakarpat vilayətinin Turya Paseka kəndində baş tutan doqquzuncu “Jan Monne dialoqu”ndan sonra qəbul edilib. Burada Avropa Parlamentinin keçmiş prezidenti Pat Koksun rəhbərlik etdiyi avropalı təlimatçılar iştirak edib.

Bundan əvvəl Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Ella Pamfilova dost olmayan dövlətlərin 2024-cü ilin martında keçiriləcək Rusiya prezident seçkilərini pozmağa cəhd edə biləcəyi barədə fikir bildirib.

Pamfilova hesab edir ki, belə cəhdlər olacaq və onların intensivliyi yüz dəfə güclü olacaq.