2024-cü dövlət və icmal büdcəsinin dəyişdirilmədən saxlanılmasını vacib hesab edirik.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.
"Yəni, gələn il dövlət büdcəsinin gəlirləri 34 173 000 min manat, xərclərinin 36 763 000 min manat, icmal büdcənin gəlirlərinin 38 998 000 min manat, xərclərinin isə 42 376 000 min manat məbləğində saxlanılmasını vacib hesab edirik. Əsas büdcə parametrləri saxlanılmalıdır", - deyə nazir bildirib.
Anar Kəlbiyev