Gəncədə 34 yaşlı qadını maşın vurub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin 28 May küçəsində baş verib. 1989-cu il təvəllüdlü Firuzə Məmmədova yolu keçmək istəyən zaman avtomobil onu vurub. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır qiymətləndirilir. 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov