ABŞ-nin keçmiş prezidenti Donald Trampın Corciya ştatında seçkilərə müdaxiləsi ilə bağlı məhkəmə prosesi 2029-cu ilə təxirə salına bilər.
"Unikal" xəbər verir ki, bu barədə Trampın vəkili Stiv Sadou "Politico"ya müsahibəsində bildirib.
Təxirəsalma siyasətçinin 2024-cü ildə keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə baş tutacaq: "Cinayət mühakiməsi onun səlahiyyət müddəti başa çatana qədər aparılmayacaq".
Ağarza Elçinoğlu