UEFA Millətlər Liqasının 2024/2025-ci illər mövsümündə C Liqasında mübarizə aparacaq Azərbaycan yığmasının püşkatmada yer alacağı səbət açıqlanıb.

"Unikal" xəbər verir ki, hazırda baş məşqçisiz olan milli komanda Kosovo, Bolqarıstan və Farer adaları ilə birlikdə ikinci səbətə düşüb.

Püşkatma mərasimi 2024-cü il fevralın 8-də Fransanın paytaxtı Parisdə keçiriləcək.

Qeyd edək ki, Azərbaycan millisi ötən mövsüm də Millətlər Liqasının C Divizionunda çıxış edib.