"Arsenal" İngiltərə Premyer Liqasında 14-cü tur oyununa çıxıb.

"Unikal" xəbər verir ki, komanda "Vulverhempton"u qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə ilə xalını 33-ə çatdıran "Arsenal" liderliyi qoruyub. "Mançester Siti" 29 xalla 2-ci, "Liverpul" 28 xalla 3-cüdür.