Təxminən 6 aya yaxındır sevgili olan aktrisa Alina Boz ilə menecer və iş adamı Umut Evirgen ailə qurub.

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, yaxtada baş tutan toyun nikah şahidləri Özge Özpirinççi və Fatih Terim olub. 90 nəfərlik məclisdə cütlüyün yaxın dostları və ailə üzvləri iştirak edib. 

Qeyd edək ki, Umut Evirgen aktrisa Tuba Büyüküstün, Melisa Şenolsun və Serenay Sarıkaya kimi məşhurlarla münasibətdə olub. O, Alina Boza Parisdə evlilik təklif edib.