Dekabrın 3-də Münhen hava limanında planlaşdırılan 880 reysdən 560-a yaxını ləğv edilib. 

"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın "Der Spiegel" qəzeti məlumat yayıb. 

Qeyd edək ki, Bavariyada yağan güclü qar səbəbindən hava hərəkəti müvəqqəti olaraq dayandırılıb. Yüzlərlə sərnişin Münhen hava limanında gecələməli olub.