Pakistanın şimalında silahlı şəxslər avtobusa atəş açıb, ikisi əsgər olmaqla 9 nəfər həlak olub.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, hadisə Gilgit Baltistan bölgəsinin Çilas rayonunda baş verib.

Avtobus Gilgitdən Ravalpindiyə sərnişin aparırmış. Avtobus atəşə tutularkən sürücü idarəetməni itirib və yük maşınına çırpılıb. Yük maşını yanıb, hər iki avtomobilin sürücüsü həlak olub.

Hadisə nəticəsində azı 26 nəfər yaralanıb. Onlar yerli xəstəxanalara aparılıb.

Hadisənin "terror hücumu" olduğu bildirilib.