“Ötən ay İran həbsxanalarında ən azı 122 məhbus edam edilib”

"Unikal" xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı - HENGAW məlumat yayıb. Ötən ay İranda ən azı 122 məhbus edam edilib və bir ay öncə ilə müqayisədə 50%-dən çox artım deməkdir. 

Məlumata görə, İranda edamların sayının artması insan haqları təşkilatları, BMT və müxtəlif ölkələr tərəfindən tənqid edilir.

Qeyd edək ki, bir müddət öncə Avropa İttifaqı İranda edam prosesinin hazırkı sürətlənməsini - bu ilin əvvəlindən etibarən ən azı 600 edam hökmünü dəhşətli adlandıran bəyanat yayıb və İrandan qəddar və insanlığa sığışmayan bu prosesə son qoyulmasını istəyib.