“ABŞ qırıcısı İran körfəzi sularında İrana məxsus dronu ələ keçirib”
"Unikal" xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb. Dünən ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qərargahı yaydığı bəyanatda “Eisenhower” təyyarədaşıyan gəmisinə məxsus döyüş təyyarəsinin körfəz suları üzərində İranın pilotsuz uçuş aparatını ələ keçirdiyini bildirib.
CENTCOM-un bəyanatında qeyd edilib ki, ABŞ-ın təyyarədaşıyan gəmisi körfəz sularında əməliyyatlar apararkən İrana məxsus dron qeyri-peşəkar uçuş həyata keçirib.